Xaçmazda şagird qayçı ilə vurulub
Tarix: 22-09-2025 17:28 | Bölmə: Xəbərlər
Xaçmazda şagird qayçı ilə vurulub

Xaçmazda peşə məktəbinin şagirdinə xəsarət yetirilib.

Hadisə Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində baş verib

Mübahisə zəminində baş vermiş hadisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Ş-yə qayçı ilə xəsarətlər yetirilib. O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və tibbi yardımdan sonra evə buraxılıb.

Polisin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü E.M. saxlanılıb.




Bölməyə aid digər xəbərlər