21:11 / 09-11-2025
Bərdədə nənə və nəvə dəm qazından ölüblər
16:24 / 09-11-2025
"Starlink" istifadəçilərinin sayı 8 milyonu keçib
16:15 / 09-11-2025
Ən varlı ölkələr - Siyahı
15:58 / 09-11-2025
İtkin düşən 17 yaşlı şəxs tapılıb - Foto
15:52 / 09-11-2025
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
14:18 / 09-11-2025
Sabahın hava proqnozu açıqlanıb
10:00 / 09-11-2025
Prezident hərbi paradla bağlı paylaşım edib - Video
23:52 / 08-11-2025
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
20:20 / 08-11-2025
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
20:17 / 08-11-2025
Bakıda hərbi parad olub - Video - (Yenilənib) - Fotolar
20:00 / 08-11-2025
Azərbaycan Ordusu regionda ön sıradadır - Fotolar
17:18 / 08-11-2025
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
15:40 / 08-11-2025
Prezident: Qarabağ və Şərqi Zəngəzur dirçəlir
14:07 / 08-11-2025
İlham Əliyev: “İndi onlar təcridxanada Azərbaycan çayı içirlər” - Video
12:23 / 08-11-2025
Prezidentlə xanımı Şəhidlər xiyabanında - Fotolar
12:05 / 08-11-2025
Prezident və xanımı Fəxri xiyabanda - Fotolar
10:54 / 08-11-2025
Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)
00:14 / 08-11-2025
Mehriban Əliyeva: "Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
00:04 / 08-11-2025
Azərbaycanda Zəfər Günüdür
23:09 / 07-11-2025
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib - Foto
21:17 / 07-11-2025
İlham Əliyev Məhəmməd Şahbaz Şəriflə görüşb - (Yenilənib) - Fotolar
20:50 / 07-11-2025
Dindarlar Azərbaycan prezidentinə müraciət ünvanlayıblar
19:39 / 07-11-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir
19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
19:33 / 07-11-2025
Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə təqaüd təyin olunub
19:01 / 07-11-2025
General: Rusiya NATO-ya hücum edə bilər - Xəbərdarlıq
18:21 / 07-11-2025
Məşhur aktrisanın avtomobilinin qarşısını kəsiblər
18:10 / 07-11-2025
Dronlar Başqırdıstandakı əsas neft-kimya zavodunu vurub
18:06 / 07-11-2025
Hava limanında partlayış olub
12:50 / 05-11-2025
“Oğru dünyası”na qarşı əməliyyat: Mirzə Əliyev öldürülüb - Foto
16:49 / 06-11-2025
Deputat: Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir
15:24 / 05-11-2025
Ukraynanın iki şəhərində dəhşətli vəziyyət yaranıb
13:35 / 05-11-2025
Prezident 10 nəfəri təltif edib - Siyahı
15:08 / 06-11-2025
Azərbaycan qonşu ölkəni problemdən xilas edir - Foto
19:39 / 07-11-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir
13:05 / 06-11-2025
Mərkəzi Asiya liderləri Trampla görüşdə nəyə ümid edirlər?
13:28 / 05-11-2025
Ukrayna daha təhlükəli vəziyyətlə üzləşir
09:17 / 06-11-2025
Kosmosda yeni tip nəhəng obyekt kəşf edilib
17:18 / 08-11-2025
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
15:48 / 06-11-2025
Bakı Slavyan Universitetində konfrans keçirilib - Fotolar
12:28 / 05-11-2025
Azərbaycanlı ekspert İrəvanda - Birgə mexanizm yaradılması təklif olunur
Domino effekti - Nurlan Umudov yazır
Tarix: 25-09-2025 12:57 | Bölmə: Xəbərlər

Nurlan UMUDOV
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistrantı
Son günlər baş verən hadisələr beynəlxalq aləmdə qlobal və regional təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirir. İsrailin Qətər torpaqlarında HƏMAS-a qarşı əməliyyatı, Rusiyaya məxsus dronların Polşa sərhəddini keçməsi, ABŞ-nın Venesuala sahillərindəki hərbi aktivliyi beynəlxalq təhlükəsizliyə təhdid yaratmağa davam edir və dünya üzrə sabitliyin pozulmasına, xaosun hökm sürməsinə səbəb olur. Bu hadisələrlə yanaşı son zamanlar gündəmi zəbt edən bir digər məsələ isə Nepalda baş verdi.
Hindistan və Çinin arasında yerləşən, iki dövlət arasında xüsusi strateji əhəmiyyətə malik olan və Himalay dağının üzərindəki Nepalda artıq bir müddətdir davam edən iğtişaşlar və etirazlar dövlət rəhbərliyinin və məmurların hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələndi. Bu çevrilişin arxasında duran əsas qüvvə isə “Z” nəsli adlandırılan cavanlar idi.
Ölkədə mövcud olan özbaşınalıq, korrupsiya, xalqın yaşam səviyyəsinin olduqca aşağı olması baş verən hadisələrin əsas səbəbləri kimi göstərilsə də, burada bir sıra başqa vacib məqamlar da mövcuddur. Təbii ki, xalqın bu addımı atmasında əsas səbəblər məhz yuxarıda adıçəkilən məsələlər olsa da, bəzi siyasi və strateji amillər də var ki, bu da həmin regionda bu cür hadisələrin baş verməsinə gətirib çıxarır. Həmçinin, bu, yaxın gələcəkdə digər həmsərhəd dövlətlərdə də baş verə bilər.
İlk növbədə Nepal Çin və Hindistan kimi dünya nəhəngləri olan dövlətlərin arasında yerləşir. Belə olduğu təqdirdə, hər iki dövlətin şəxsi maraqları məhz Nepal üzərində kəsişə bilir. Birbaşa və açıq şəkildə müdaxilə və təzyiqlər göstərməsələr belə, bu və bu kimi dövlətlərin müəyyən marionet şəxslərin nəzarətində olması, sürətli inkişafdan geri qalması hər iki dövlət tərəfindən arzulana bilər:
Nepal Hindistan üçün vacibdir, çünki öz dövlətinin daxilində yüz milyonlarla insan yoxsulluq səviyyəsində yaşayır. Belə olan vəziyyətdə qonşuluğunda yerləşən və özündən qat-qat kiçik və zəif olan dövlətin inkişaf etməsini, xalqının rifah içində yaşamasını qəbul edə bilməz. Belə olacağı təqdirdə zamanla Hindistan xalqı da öz yoxsulluq səviyyəsindən şikayətlənib ayaqlanar və mövcud rejimə qarşı çıxa bilər. Bu da Hindistanın maraqlarına ziddir, buna görə baş verən hadisələr onlar tərəfindən xoş qarşılanmayacaqdır.
Digər tərəfdən, Çin üçün Nepalın həm strateji yerləşmə mövqeyi vacib əhəmiyyətə malikdir, həm də Hindistanla arasında bufer zona təşkil edir. Buna görə də Hindistanın təsir dairəsinə düşməsinə, onun maraqlarına xidmət etməsinə qarşı çıxa bilər. Bir tərəfdən Himalay dağ silsiləsinə nəzarət üçün, digər tərəfdən Hindistanın Nepalda olan nüfuzunu zəiflətmək üçün bu istiqamətdə addımlar atılmış ola bilər.
Bununla yanaşı Nepal hadisələri Cənub Şərqi Asiyada son illərdə baş verən ilk hadisə deyil. Demək olar ki, domino effektinin verdiyi təsirdə burada mühüm rol oynaya bilər. Nepala qədər həmin regionda bir sıra dövlətlərdə də daxili çəkişmələr, iğtişaşlar və etiraz aksiyaları baş vermişdir. Məsələn, 2022-ci ildə Şri-Lankada, 2024-cü ildə Banqladeşdə və 2025-ci ildə İndoneziyada mövcud rejimə və əhalinin rifah səviyyəsində olan problemlərə qarşı ayaqlanmalar mövcud olmuşdur. Bunlarda öz növbəsində Nepalda baş verən hadisələr üçün mühüm təkan rolunda çıxış edə bilər.
Bir digər amil Hindistanın ABŞ-nın irəli sürdüyü təkliflərə qarşı çıxması və Rusiya ilə ticarətinə, əməkdaşlığına davam etməsidir. Belə olan halda Nepalda baş verən hadisələrə müəyyən dərəcədə ABŞ-də müdaxilə etmiş ola bilər. Hindistanın zəiflədilməsi, qarşıya qoyulan şərtlərlə razılaşdırılması üçün təzyiq vasitəsi kimi qonşu dövlətlərdə, xüsusən də sıx əməkdaşlıq içində olan dövlətlərdə bu cür hadisələrin baş verməsi nəzərdə tutula bilər.
Çünki Hindistan hər nə qədər güclü dövlət rolunda çıxış etməyə çalışsa da, daxildə çox ciddi sosial problemlərlə üz-üzədir. Əhalinin sürətli artımı və yoxsulluğun qarşısının alınmaması halları aktualdır. Nepalla iqtisadi-ticari və nəqliyyat əlaqələri ilə yanaşı, ortaq dil və etnik əlaqələrinin olması, burada baş verəcək hadisələrin zamanla Hindistana sıçramasına səbəb ola bilər. Belə olan halda Hindistan öz daxili işləri ilə məşğul olduğu müddətdə ABŞ daha rahat və asan şəkildə şərtlərini və tələblərini irəli sürə biləcək.
Yuxarıda qeyd olunan hər bir ehtimal mümkündür və mövcud vəziyyət yalnızca Nepal ilə kifayətlənməyə bilər. Nepal kimi regionda bir sıra dövlət mövcuddur ki, ciddi sosial problemlərlə qarşı-qarşıyadırlar. Onların sırasına Laos, Kamboca, Myanmar, Butan kimi dövlətlər daxildir. Bu da öz növbəsində domino effektinin davam edə biləcəyini göstərir.
Unutmaq olmaz ki, yaxın keçmişdə “Ərəb Baharı” adı ilə bu cür hadisələr eynilə Şimali Afrika, Yaxın Şərqdə baş vermişdir. Tunisdə başlayan etirazlar, iğtişaşlar eyni formada digər ərəb dövlətlərinə sıçramışdı və həmin regionlara öz mənfi təsirini göstərmişdir.
Nepalda baş vermiş hadisələr də öz növbəsində digər region dövlətlərində baş verə bilər. Nəticədə regionda təhlükəsizlik problemləri arta, sülh və sabitlik pozula bilər. Belə halların baş verməsinin qarşısının alınması isə, ilk növbədə həmin dövlətlərin öhdəliyinə düşür. Nepal və digər dövlətlərdə baş verən hadisələrdən dərs çıxarmalı və siyasətlərində tətbiq etməlidirlər. Əks təqdirdə region sülh və əmin-amanlıqdan uzaqlaşıb xaos ortamına çevriləcəkdir.
Bölməyə aid digər xəbərlər

Bu gün, 21:11
Bərdədə nənə və nəvə dəm qazından ölüblər
Bu gün, 16:15
Ən varlı ölkələr - Siyahı
Bu gün, 15:58
İtkin düşən 17 yaşlı şəxs tapılıb - Foto
Bu gün, 15:52
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
Dünən, 12:23
Prezidentlə xanımı Şəhidlər xiyabanında - Fotolar
Dünən, 12:05
Prezident və xanımı Fəxri xiyabanda - Fotolar
7-11-2025, 19:36
Yaşar Güler Bakıya gəlib
7-11-2025, 18:00
Rus ordusu Donetsk və Xarkovda irəliləyib
7-11-2025, 17:19
Şəhid Pəncəlinin anası: “10 ildir gözüm yolda idi..."
7-11-2025, 16:49
Pəncəli Teymurova Milli Qəhrəman adı verilib
7-11-2025, 16:45
Tiktoker həbs edilib
7-11-2025, 14:19
Saxta rəy verən ekspertə cinayət işi açılıb
7-11-2025, 09:40
AVP-nin təşkilat sədri həbs olunub
7-11-2025, 08:11
Tramp daha bir təşəbbüslə çıxış edib
7-11-2025, 00:04
ABŞ hərbi bazanı ələ keçirmək istəyir
6-11-2025, 23:41
Trampın xüsusi elçisi: "İlham Əliyev həqiqi dövlət lideridir"
6-11-2025, 21:25
Qəşəm Nəcəfzadə Audiovizual Şuranın üzvü təyin edilib
6-11-2025, 18:03
Təranə Səmədovanın cəzası azaldılıb
6-11-2025, 17:40
Əməkdar artist Vahid Əliyev vəfat edib
6-11-2025, 16:22
Prezident Dövlət Agentliyinə yeni səlahiyyət verib - Fərman
6-11-2025, 16:12
“Tarqovı”da 19 yaşlı oğlan öldürülüb - Əmisi saxlanılıb
6-11-2025, 15:48
Bakı Slavyan Universitetində konfrans keçirilib - Fotolar
6-11-2025, 13:31
Rusiyanın Donetskdəki dron bazası vurulub
6-11-2025, 11:50
Sektor müdirinə şiddətli töhmət verilib
6-11-2025, 10:45
Məhkəmə sədrlərinin hakimlik səlahiyyətlərinə xitam verilib
6-11-2025, 10:26
Amerikalı general Şəhidlər xiyabanında - Fotolar
6-11-2025, 10:05
Şamaxıda ər arvadını güllələyib
6-11-2025, 08:39
Prezidenti öpmək istəyən şəxs saxlanılıb
6-11-2025, 08:23
Putin nüvə sınaqlarına başlamağı əmr edib
6-11-2025, 08:17
Ankara Xelsinki ilə əməkdaşlığı inkişaf etdirəcək
6-11-2025, 07:56
Qazaxıstan prezidenti Vaşinqtona gəlib
5-11-2025, 23:53
ÇL: "Qarabağ"-"Çelsi" oyunu bərabərə bitib
5-11-2025, 23:03
Sumqayıtda toyda ölüm hadisəsi baş verib
5-11-2025, 20:03
UEFA Azərbaycan jurnalistlərinə bəzi qadağalar qoyub
5-11-2025, 19:49
Dəniz Akademiyasının rəhbəri səfirlə görüşüb
5-11-2025, 16:33
İdmançımız 24 aylıq diskvalifikasiya olunub
5-11-2025, 15:49
Türkiyədə qaban insanı yeməyə cəhd edib
5-11-2025, 13:50
Rusiyada NATO ölkəsinin casusu saxlanılıb
5-11-2025, 11:55
Rusiyanın enerji infrastrukturuna hücum olub
5-11-2025, 11:51
Xəzər dənizində zəlzələ baş verib
5-11-2025, 11:20
Azərbaycan kommunistləri fəallaşıb - Foto
5-11-2025, 11:05
Şabalıd biznesi generala baha başa gəlib
5-11-2025, 10:41
Bu gün Bakı metrosunda iş saatı uzadılacaq
5-11-2025, 08:31
Sudanda əhali fəlakətlə üzləşib
5-11-2025, 08:22
Brüssel Hava Limanı PUA-lara görə bağlanıb
4-11-2025, 19:13
Zəfər Günü yürüşlərin olacağı küçələr - Siyahı
4-11-2025, 17:40
Balakəndə 17 yaşlı qızı oğurlayan dəstə üzvləri tutulub
4-11-2025, 16:44
"Məhkəmə Ekspertizası" informasiya sistemi yaradılacaq
4-11-2025, 16:11
Parada görə marşrutların istiqaməti dəyişəcək - Siyahı

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək