İrandan Naxçıvana 31 kq narkotik keçirilməsinin qarşısı alınıb
Tarix: 07-06-2023 11:10 | Bölmə: Cəmiyyət
İrandan Naxçıvana 31 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Naxçıvana 31 kq narkotik keçirilməsinin qarşısı alınıb.

Reyting.az
DSX-yə istinadla xəbər verir ki, iyun ayının 6-da saat 23:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Naxçıvan” əlahiddə sərhəd diviziyasının Ordubad rayonunun Kotam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmış və ümumi çəkisi 31 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}