Portuqaliyada Azərbaycandan olan turist saxlanılıb
Tarix: 31-10-2023 16:24 | Bölmə: Cəmiyyət
Portuqaliyada Azərbaycandan olan turist saxlanılıb

Portuqaliyanın paytaxtı Lissabonda silahlı polis içki sifariş edərkən portuqalca “nar”(qranat) və “qranata” sözlərini qarışdıran turisti saxlayıb.

Reyting.az
xəbər verir ki, Azərbaycandan olan 36 yaşlı rusdilli kişi dil proqramı vasitəsilə almaq istədiyi meyvə şirəsinin səhv tərcüməsini verdikdən sonra tutulub.

Portuqaliyanın “Correio da Manhã” qəzetinin məlumatına görə, turist “nar” sözünün rus dilinə tərcüməsi üçün telefonundan istifadə edib və daha sonra restoran işçilərinin onun sifarişini başa düşə bilməsi üçün portuqal dilində cümlə yazıb. Lakin ofisiant səhv yazılmış cümləni hədə kimi qəbul edib və müştərinin müəssisəni qumbara ilə hədələməsindən qorxaraq polisə zəng vurub.

Fakt budur ki, “nar” və “qumbara” sözləri rus dilində demək olar ki, eynidir, lakin portuqal dilində onlar iki tamamilə fərqli sözdür - qranada isə qumbara kimi tərcümə olunur. Görünür, dil tətbiqi bu nüansı qaçırıb.

Bildirilir ki, hadisə yerinə gələn silahlı polislər müəssisədən yenicə çıxmaq istəyən şəxsə yerə uzanmağı əmr edib, əllərini qandallayıb və yaxınlıqdakı polis bölməsinə sorğu-sual etmək üçün aparıblar. Bədbəxt turist yalnız üzərində heç bir silah olmadığı məlum olduqdan sonra sərbəst buraxılıb, oteldəki otağında axtarış aparılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq

bütün xəbərlər