14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Vilayət Eyvazov: "2023-cü ildə 26 cinayətkar qrup ifşa olunub"
Tarix: 19-01-2024 16:12 | Bölmə: Cəmiyyət
Vilayət Eyvazov: "2023-cü ildə 26 cinayətkar qrup ifşa olunub"

"2023-cü ildə 49 soyğunçuluq və quldurluq cinayəti törədən 103 nəfərdən ibarət 42 qrup, eləcə də 56 mənzil oğurluğunda şübhəli bilinən 56 nəfərdən ibarət 26 cinayətkar qrup ifşa olunub".

Reyting.az
xəbər verir ki, bu sözləri Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2023-cü ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi zamanı deyib.

Onun sözlərinə görə, istintaqı tamamlanan cinayət işləri üzrə vətəndaşlara vurulan maddi ziyanın 76,6 faizi, yəni 33 milyon 748 min 928 manatın ödətdirilməsi təmin olunub.

Əməliyyat müşavirəsində şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunması ilə bağlı görülən işlərin vəziyyəti, vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alınmaları ilə bağlı tədbirlərin görülməsinə dair göstərişlərin icrası nəzərdən nəzərdən keçirilməklə nazir müvafiq tapşırıqlar verib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}