20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Stalinin ikonasına boya tökən şəxsə həbs cəzası verilib - Foto
Tarix: 02-02-2024 19:13 | Bölmə: Cəmiyyət
Stalinin ikonasına boya tökən şəxsə həbs cəzası verilib

Tbilisi Şəhər Məhkəməsi mülki fəal Nata Peradzeni Sameba məbədində Stalini təsvir edən Moskva Matronasının ikonasına boya tökdüyünə görə 5 sutka həbs cəzasına məhkum edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Novosti-Georgia” məlumat yayıb.

Şüşə arxasında olduğu üçün ikona zədələnməyib, lakin hərəkətin özü “xırda xuliqanlıq” kimi təsnif edilib.



Tbilisinin baş məbədində Stalinin təsvirinin görünməsi qızğın mübahisələrlə nəticələnib. Məlum olub ki, ikona məbədə rusiyayönlü Vətənpərvərlər Alyansının liderləri tərəfindən hədiyyə edilib.

Patriarxlıq simvolun üzərinə boya tökməyi qəbuledilməz hərəkətlər kimi qiymətləndirsə də, Moskvanın Matronası ilə görüşünün “qeyri-kanonik xarakterini” əsas gətirərək Stalinin şəklini silmək qərarına gəlib. Bu məqsədlə ikona müəllifi işarələrdən birini əvəz etməli olan Samebaya dəvət olunub.

İlkin məlumatlara görə, Stalinin şəkli xərçəng xəstəliyindən sağalmış qadının fotosu ilə əvəz olunacaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər