Bakıda iki yanğın hadisəsi baş verib
Tarix: 13-04-2024 09:07 | Bölmə: Cəmiyyət
Bakıda iki yanğın hadisəsi baş verib

Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 27 m² olan 1 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, yanğınsöndürənlər iki nəfər bina sakinini təhlükəsiz əraziyə təxliyə ediblər.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi Səbail rayonu, Göyüş Qarayev küçəsində baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının onsəkkizmərtəbəli yaşayış binasına bitişik taxta konstruksiyadan ibarət tikilidə baş verdiyi və hər an binaya keçmə riskinin olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yaşayış binasına keçməyə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sahəsi 5m² olan taxta konstruksiyadan ibarət yarımçıq tikili və 25m² sahədə taxta qırıntıları yanıb, binanın fasadında 5p.m. elektrik kabelləri əriyib.

Yaşayış binası yanğından mühafizə edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}