14 yaşlı qıza təcavüzdə ittiham edilən 10 nəfər həbs olunub
Tarix: 01-10-2024 12:30 | Bölmə: Cəmiyyət
14 yaşlı qıza təcavüzdə ittiham edilən 10 nəfər həbs olunub

Türkiyənin Osmaniye vilayətinin Düziçi rayonunda 14 yaşlı qıza cinsi təcavüzdə ittiham olunan 18 nəfərdən 10 nəfəri həbs edilib.

Reyting.az
xəbər verir ki, Düziçi rayonunda azyaşlı qızın cinsi istismara məruz qalmasını araşdıran polis, onun ifadəsini pedaqoqun müşayiəti ilə alıb. Həmin qız cinsi zorakılıqda ittiham etdiyi 18 nəfərin adını açıqlayıb.

Məlumata görə, uşağın adını çəkdiyi şübhəli şəxslər polis və jandarma qüvvələri tərəfindən nəzarətə götürülüblər. Dindirmələri tamamlanan 18 nəfər bu gün ədliyyəyə göndərilib. Bir şübhəli prokurorluq tərəfindən sərbəst buraxılıb, 17 şübhəlinin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə göndərilib.

Hakim qarşısına çıxarıln şübhəlilər arasında 10 nəfəri həbsxanaya göndərilib. 7 şübhəli isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
Dünən, 12:49 Sabah yağış yağacaq
10-10-2024, 12:47 Sabah yağış yağacaq
8-10-2024, 12:35 Sabah yağış yağacaq

{sape_links}{sape_article}