21 milyon qeyri-qanuni immiqrant ABŞ-dan çıxarılır
Tarix: 30-04-2025 15:10 | Bölmə: Cəmiyyət
21 milyon qeyri-qanuni immiqrant ABŞ-dan çıxarılır

ABŞ prezidenti Donald Tramp 21 milyon qeyri-qanuni immiqrantın deportasiya edilməzdən əvvəl hər birinin işinə məhkəmədə baxmağın mümkün olmadığını bildirib.

Reyting.az
xəbər verir ki, Tramp qeyri-qanuni yolla ABŞ-a gələn hər bir şəxslə bağlı məhkəmə, böyük mühakimə edə bilməyəcəyini söyləyib.

Tramp qeyd edib ki, 21 milyon insanın qeyri-qanuni yollarla ABŞ-a daxil olmasına icazə veriblər.

Tramp dəfələrlə ABŞ-nın immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib. O, yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan sonra Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb. Daxili Təhlükəsizlik Departamenti Amerika hüquq-mühafizə orqanlarının səlahiyyətlərini genişləndirərək onlara qeyri-qanuni mühacirləri qondarma sürətləndirilmiş prosedurlarla, yəni immiqrasiya məhkəməsinin qərarı olmadan deportasiya etməyə icazə verib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
28-04-2025, 12:18 Sabah yağış yağacaq
27-04-2025, 12:35 Sabah yağış yağacaq