10:02 / 07-07-2025
Ruslar Odessaya hücum edib
Türkiyədə 5 əsgər metan qazından zəhərlənərək ölüb
Tarix: 07-07-2025 08:42 | Bölmə: Cəmiyyət
Türkiyədə 5 əsgər metan qazından zəhərlənərək ölüb

Türkiyə Milli Müdafiə Nazirliyi “Pəncə-kilid” əməliyyatı bölgəsində bir mağarada aparılan axtarış nəticəsində 19 əsgərin metan qazına məruz qaldığını, onlardan 5-nin şəhid olduğunu açıqlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi nazirliyə istinadla məlumat yayıb.

Milli Müdafiə Nazirliyinin yazılı açıqlamasında piyada qoşunların baş leytenant Nuri Melih Bozkurtun “Pəncə-kilid” əməliyyatının aparıldığı bölgədə həyata keçirilən axtarış tədbirləri zamanı terrorçular tərəfindən açılan atəş nəticəsində şəhid olduğu da bildirilir.

Həmin dövrdə şiddətli yanğın səbəbindən Bozqurtun cəsədinə çatmağın mümkün olmadığı, amma daha sonra bölgənin nəzarətə götürüldüyü, terrorçuların zərərsizləşdirildiyi, bütün axtarışlara baxmayaraq şəhidin cəsədinə hələ də çatılmadığı qeyd edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq