09:56 / 01-10-2025
XİN Çini təbrik edib
Hakimlərin təlim-tədris prosesinin təşkili üzrə İşçi Qrup yaradılıb
Tarix: 01-10-2025 10:37 | Bölmə: Cəmiyyət
Hakimlərin təlim-tədris prosesinin təşkili üzrə İşçi Qrup yaradılıb

2025-ci ilin sentyabrın 30-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Reyting.az
xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və hazırda icraatda olan layihələr barədə məlumat verib.

İclasda "Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyası" və "Azərbaycan Respublikası məhkəmələri tərəfindən xüsusi məlumatların verilməsi Qaydaları" layihələri ətrafında müzakirələr aparılıb və təsdiq edilib. Həmçinin, "Hakimlərin təlim-tədris prosesinin təşkili üzrə İşçi Qrup"un yaradılması qərara alınıb.

Eyni zamanda, intizam icraatlarının başlanılması və kadr məsələləri ilə bağlı müvafiq qərarlar da qəbul edilib.




Bölməyə aid digər xəbərlər