Danimarka kəşfiyyatı təxribat barədə xəbərdarlıq edib
Tarix: 03-10-2025 18:43 | Bölmə: Dünya
Danimarka kəşfiyyatı təxribat barədə xəbərdarlıq edib

Danimarka Hərbi Kəşfiyyat Xidmətinin direktoru Tomas Arenkel bildirib ki, Danimarka Silahlı Qüvvələrinə qarşı təxribat riski yüksəkdir.

Reyting.az
xatırladır ki, keçən həftə pilotsuz uçuşlar Danimarkada altı hərbi və mülki hava limanının müvəqqəti bağlanmasına səbəb olub.

Baş nazir Mette Frederiksen bunu ölkəyə hibrid hücum adlandırıb.

Tomas Arenkelin sözlərinə görə, Danimarka Kəşfiyyat Xidməti hesab edir ki, Rusiya hazırda həm ölkəyə, həm də Qərbə qarşı hibrid müharibə aparır.

“Bu, o deməkdir ki, Rusiya hərbi və aqressiv vasitələrdən istifadə edərək, silahlı münaqişəyə keçmədən bizə təzyiq edir”, - Arenkel jurnalistlərə bildirib.

Danimarkanın Müdafiə naziri Troels Lund Poulsen bəyan edib ki, Danimarka üçün birbaşa hərbi təhlükə yoxdur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər