Keçmiş arvadını oğlunun məzarı başında öldürüb
Tarix: 29-09-2025 16:08 | Bölmə: Cəmiyyət
Keçmiş arvadını oğlunun məzarı başında öldürüb

İngiltərədə 68 yaşlı Martin Suter keçmiş həyat yoldaşı Ann Blekvudu oğullarının məzarı başında ən azı 19 bıçaq zərbəsi ilə öldürüb.

Reyting.az
-ın məlumatına görə, hadisə 2023-cü ildə baş verib.

Məhkəmədə ifadə verən Suter qətli qəsdən törətmədiyini iddia edib. O, gəzdirdiyi mətbəx bıçağını “çiçəklərin sapını kəsmək üçün” götürdüyünü deyib.

Bununla belə, iş materialındakı təfərrüatlar Suterin iddialarını təkzib edir. Şübhəlinin qətldən əvvəl təxminən 5 saat qəbiristanlıq yaxınlığında maşınında gözlədiyi, daha sonra keçmiş həyat yoldaşına arxadan yaxınlaşaraq ona çoxsaylı bıçaq zərbələri vurduğu bildirilir. Bu, qətlin qəsdən törədildiyini göstərir.

Suter həbsxanada görüşdüyü psixoloq doktor Pol Bekliyə də eyni açıqlama verib. O, bıçağı gəzdirməsinin səbəbini belə izah edib: “Mən onu normal istifadə etdiyim qayçının günəbaxan sapını əzəcəyini düşündüyüm üçün aldım”.

Bu işlə bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir. Hakimin Martin Suterin hökmünü noyabrda elan edəcəyi gözlənilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
23-09-2025, 09:14 Sabirabadda zəlzələ olub