09:56 / 01-10-2025
XİN Çini təbrik edib
Dənizdə faciə: 20 nəfər ölüb, çoxlu sayda insan itkin düşüb - Nigeriyada
Tarix: 01-10-2025 10:51 | Bölmə: Cəmiyyət
Dənizdə faciə: 20 nəfər ölüb, çoxlu sayda insan itkin düşüb

Nigeriyanın Kogi əyalətində sərnişin qayığının batması nəticəsində 20 nəfərin öldüyü bildirilir.

Reyting.az
xəbər verir ki, sərnişin və həddindən artıq yük daşıyan qayıq Kogi əyalətinin İbaji rayonundan İluşi bazarına gedərkən çayda aşıb.

Qəzada əksəriyyəti qadın olmaqla 20 nəfər həlak olub, çoxlu sayda insan itkin düşüb.

Səlahiyyətlilər bölgədə xilasetmə işlərinin davam etdiyini və ölənlərin sayının artacağından ehtiyatlandıqlarını bildiriblər.

Qeyd edək ki, son iki ayda ölkənin şimalında qayıq qəzalarında 120-dən çox insan həlak olub.

Nigeriya hökuməti qayıq qəzalarını azaltmaq üçün bütün ölkə ərazisində lisenziyasız qayıqların istismarını qadağan edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər