23:46 / 17-11-2025
Hindistan ABŞ-dan təbii qaz alışını artıracaq
23:24 / 17-11-2025
Leyla Əliyeva festivalın açılışında iştirak edib - Fotolar
23:09 / 17-11-2025
Bakıda yeniyetmə qətlə yetirilib
20:24 / 17-11-2025
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq edilib
18:17 / 17-11-2025
Nazir: "Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr..."
18:14 / 17-11-2025
Dünyanın ən bol sulu çayları hansılardır?
18:04 / 17-11-2025
Gölün dibində qədim müsəlman nekropolu tapılıb - Foto
18:00 / 17-11-2025
Vergi Xidmətində kadr dəyişikliyi olub
17:53 / 17-11-2025
Özbəkistan rəsmisi: "Azərbaycanın Mərkəzi Asiya formatına qoşulması..."
17:27 / 17-11-2025
Mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı fərman verilib
17:23 / 17-11-2025
Gürcüstan Ukraynanı ittiham edir
17:00 / 17-11-2025
Axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
16:49 / 17-11-2025
Millimizin oyunlarının təqvimi müəyyənləşib
16:30 / 17-11-2025
Maliyyə İdarəetmə Sistemi yaradılacaq
16:07 / 17-11-2025
Keçmiş baş nazir edam cəzasına məhkum edilib
16:02 / 17-11-2025
Avropa Birliyi Türkiyə ilə dialoqu vacib sayır
15:57 / 17-11-2025
Sosial şəbəkədə yüzlərlə şəxsi aldadan şəxslər ifşa edilib
15:52 / 17-11-2025
Əhməd Oruc insult keçirib: "Vəziyyəti ağırdır"
15:44 / 17-11-2025
Mikayıl İsmayılovun oğlu axtarışa verilib
15:37 / 17-11-2025
"Qarabağ" azarkeşlərə müraciət edib
15:36 / 17-11-2025
XİN: "Minalar hələ də Azərbaycanda insan həyatına son qoymaqda davam edir"
15:06 / 17-11-2025
Bakı Hərbi Məhkəməsinə yeni hakimlər ezam edilib
15:02 / 17-11-2025
Nazirlik: “Xatirə İslamı iki dəfə dəvət etdik, gəlmədi”
14:57 / 17-11-2025
Ukraynanın 5 bölgəsində enerji infrastrukturuna hücum olub
14:56 / 17-11-2025
Məmur icra başçısının müavinini döyüb
14:50 / 17-11-2025
Ümrə yolunda qəza: Səudiyyə Ərəbistanında 45 nəfər ölüb
14:42 / 17-11-2025
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri vahid platformaya çevrilir
14:25 / 17-11-2025
Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb
14:25 / 15-11-2025
İlham Əliyev Özbəkistanda səfərdədir - (Yenilənib) - Fotolar
17:00 / 14-11-2025
Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var
18:03 / 13-11-2025
Növbəti müharibələr kosmosda başlayacaq - Xəbərdarlıq
16:01 / 14-11-2025
Azərbaycan Rusiyaya nota verib
16:32 / 14-11-2025
Ekspert: Ermənistan 5-10 il ərzində Azərbaycana qarşı silahlanmanı davam etdirəcək
14:18 / 15-11-2025
Ağdam və Zəngilana növbəti köç karvanları gedib - (Yenilənib)
18:17 / 14-11-2025
Ərəstun Oruclunu həbs etmək istəyirlər
13:57 / 13-11-2025
Xocalının daha iki kəndinə köç karvanı gedib - Fotolar
22:57 / 14-11-2025
BMT Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
12:34 / 13-11-2025
Təhlükəli virus yayılır - Xəbərdarlıq
22:57 / 13-11-2025
DÇ-2026: Azərbaycan yığması uduzub
08:49 / 13-11-2025
Kopenhagen sammiti: sülhə mane olanlar İlham Əliyevin sülh gündəliyinə təslim olub
Tarix: 03-10-2025 17:56 | Bölmə: Siyasət

"Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı işini başa vurub. Avropa İttifaqı (Aİ) və qonşu ölkələri özündə birləşdirən bu hökumətlərarası platforma 2022-ci ildə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra yaradılıb. Məqsəd Aİ və tərəfdaş ölkələr arasında siyasi dialoq və ortaq maraq kəsb edən məsələlərin müzakirəsi, xüsusilə müdafiə və təhlükəsizlik çağırışlarına, enerji böhranlarına qarşı səylərin birləşdirilməsi, iqtisadi əlaqələrinin genişləndirilməsidir.
Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə keçirilən "Avropa Siyasi Birliyi"nin sayca 7-ci sammitinə 50 ölkənin dövlət və hökumət başçıları qatılıb.
Azərbaycan prezidenti İlham Əliyevin də dəvət olunduğu birgünlük toplantı dünya üçün həyati əhəmiyyət daşıyan məsələlərin müzakirəsi ilə yadda qalıb. Bu mənada diqqət mərkəzində daha çox Rusiya-Ukrayna müharibəsi olsa da, sammitdə iştirak edən liderlərin Azərbaycanla Ermənistan arasında sülh prosesinə və rəsmi Bakı ilə əməkdaşlığa böyük marağı da nəzərdən qaçmayıb. Sammit çərçivəsində Azərbaycan liderinin görüş qrafikinin sıxlığı da bundan xəbər verir.
Ümumiyyətlə, Azərbaycan prezidentinin qatıldığı bütün beynəlxalq tədbirlər onun keçirdiyi ikitərəfli görüşlərin çoxluğu ilə yadda qalır. Təkcə ənənəvi Davos İqtisadi Forumu, Münhen Təhlükəsizlik Konfransı və elə bu yaxınlarda keçirilən BMT Baş Assambleyasının toplantısı çərçivəsində keçirilən görüşləri xatırlamaq kifayət edir. Ən çox diqqət çəkən məqam isə odur ki, bu görüşlər bir qayda olaraq qarşı tərəfin müraciəti əsasında baş tutur. Bu mənada Danimarka səfəri də istisna olmayıb.
Prezident İlham Əliyev Kopenhagendə Moldova prezidenti Maya Sandu, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna prezidenti Volodimir Zelenski, Niderland Krallığının Baş naziri Dik Sxof və ən nəhayət, Fransa prezidenti Emmanuel Makron ilə görüşlər keçirib.
Danışıqların təfərrüatlarına varmadan qeyd edək ki, görüşlərin hamısında Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin inkişafı diqqət mərkəzində olub. Liderlər Vaşinqtonda əldə olunmuş razılaşmalar münasibətilə Azərbaycan prezidentini təbrik edib və bu nailiyyətin regionda davamlı sülhə gətirib çıxaracağına ümid etdiklərini bildiriblər.
Oxşar bəyanatlarla sammitdə iştirak edən digər Avropa ölkələrinin rəsmiləri də həm media, həm sosial şəbəkələrdə çıxış ediblər.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolla yanaşı, "Köhnə qitə" üçün bölgədə nəqliyyat bağlantılarının inkişafı da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan həm Avropa İttifaqı, həm də aparıcı Avropa dövlətlərinin Cənubi Qafqazda davamlı sülhün möhkəmlənməsində maraqlı olmaları təbii və başa düşüləndir.
Lakin o da sirr deyil ki, başda Emanuel Makron olmaqla bəzi Avropa liderləri və institutları indiyədək tutduqları birtərəfli ermənipərəst mövqe ilə bu sülhün əldə olunmasına mane olur, onu ləngidirdilər. Üstəlik, Avropa İttifaqının Ermənistanın Azərbaycanla həmsərhəd ərazilərinə yerləşdirdiyi kəşfiyyatçı missiya rəsmi Bakının etirazlarına baxmayaraq, hələ də "binokl siyasəti"ni həyata keçirməkdədir ki, bu da sülhə xidmət edən addım sayıla bilməz.
Elə isə Kopenhagendə Avropa liderlərinin Azərbaycan prezidenti ilə görüş üçün təşəbbüs göstərmələri, onu Vaşinqtonda əldə edilmiş nəticələr münasibətilə təbrik etmələri, sülh prosesinə dəstək və qarşılıqlı əməkdaşlığın inkişafına maraq ifadə etmələri, nədən xəbər verir?
İlk növbədə qeyd edək ki, Vaşinqtonda razılaşdırılmış sülh gündəliyinin müəllifi Azərbaycan prezidenti İlham Əliyevdir. Bu gündəliyin ərsəyə gəlməsi də İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsindən sonra mümkün olub.
Azərbaycan prezidenti təkcə regional məsələlərdə deyil, həmçinin qlobal problemlərin həllində də söz sahibi olan, zərurət yarandıqda böyük dövlətlər arasında uğurlu moderatorluq missiyası həyata keçirən liderlərdəndir. Eyni zamanda Azərbaycan prezidenti sözü ilə imzası bir olan dövlət başçısıdır ki, bu da ölkənin etibarlı tərəfdaş imicinin formalaşmasında müstəsna rol oynayır.
Qeyd edilənlər həm İlham Əliyevin Avropada və dünyada yüksək nüfuzunu, həm də Azərbaycanın müsbət imicini, ona verilən böyük dəyəri şərtləndirən əsas amillərdir. "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısına qatılan dünya liderlərinin Azərbaycana göstərdiyi maraq da bu nüfuzun və etibarın təzahürüdür.
Kopenhagen Zirvəsi bir daha göstərdi ki, Azərbaycan liderinin ortaya qoyduğu prinsipial mövqe və yürütdüyü praqmatik xarici siyasət nəticəsində Vaşinqtondan sonra, Avropa liderləri də erməni lobbisinin maraqlarını bir kənara atıb, öz ölkələrinin milli maraqlarının təminatı barədə düşünməyə başlayıblar.
Namiq Mayılov
Report
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:59
Nazir Vüqar Mustafayev Pakistanda hərbi təlimi izləyib
Bu gün, 06:22
Orban: Ukraynanın Rusiyaya qalib gəlmək şansı yoxdur
15-11-2025, 18:31
İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb
14-11-2025, 18:17
Ərəstun Oruclunu həbs etmək istəyirlər
14-11-2025, 17:46
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
14-11-2025, 13:22
Paşinyan: Azərbaycanla layihənin həyata keçirilməsinə heç nə mane olmur
14-11-2025, 08:24
Ərdoğan: ŞKTR ilə birgə siyasi və diplomatik səylərimiz davam edəcək
13-11-2025, 11:47
Fazil Mustafaya sui-qəsd edən şəxsin oğluna 10 il həbs cəzası verilib
13-11-2025, 10:09
Pənah Hüseyn növbədənkənar qurultaya hazırlaşır
13-11-2025, 09:48
ABŞ tarixində ən uzunmüddətli şatdaun başa çatıb
13-11-2025, 08:04
Dövlət Departamentinin Avropaya maraqlı təklifi var
12-11-2025, 18:00
Ali Məclis Baş nazirlə bağlı qərar verib
12-11-2025, 17:42
Ceyhun Bayramov Banqladeşin qeyri-rezident səfirini qəbul edib
12-11-2025, 12:07
Pokrovskın itirilməsi Ukraynanı daha çətin vəziyyətə salacaq
12-11-2025, 07:50
Kremldə Putin-Tokayev görüşü başlayır
8-11-2025, 20:20
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
7-11-2025, 08:17
Britaniya ordusu Ukraynada münaqişəyə cəlb olunmağa hazırdır
6-11-2025, 16:03
Paşinyan: “Zəngəzur dəhlizi” ifadəsi sülh üçün təhlükəlidir
6-11-2025, 14:19
Kreml Ukrayna ərazilərinə əlavə qüvvə yerləşdirəcək
6-11-2025, 08:10
Şatdaun respublikaçıların imicini ciddi zədələyib
5-11-2025, 23:27
Putin: Rusiyada daxili sabitliyi pozmağa çalışırlar
5-11-2025, 16:44
Misir Mərdanov: "Nazir postuna qayıtmaq arzusunda deyiləm"
5-11-2025, 15:52
Nazir: “Ramiz Mehdiyevə villa bağışlamamışam”
5-11-2025, 11:12
Moskvada Usubovla Şoyqunun görüşü olacaq
5-11-2025, 10:55
"Zəfər marşrutu: Orta dəhliz və yeni reallıqlar" mövzusunda təqdimat keçirilib - Fotolar
4-11-2025, 22:49
Ceyhun Bayramov əlcəzairli spikerlə görüşüb
4-11-2025, 15:23
Ramiz Mehdiyevin oğlundan xəbər var: "Hər gün işə gəlir və..."
4-11-2025, 12:31
Azərbaycan-Türkiyə əlaqələri müzakirə olunub
4-11-2025, 08:14
Tramp mərkəzi rolda Ankaranı görür
3-11-2025, 17:20
AVP-nin qalmaqallı qurultayı ilə bağlı araşdırma aparılacaq
3-11-2025, 15:03
Səyyad Aran: "Ramiz Mehdiyev kimdir ki, onunla ünsiyyətim olsun?"
3-11-2025, 14:56
Ceyhun Bayramov BBP sədrini qəbul edib
3-11-2025, 12:00
Ramiz Mehdiyevin köməkçisi həbs edilib
3-11-2025, 08:27
Rusiya İranla nüvə sazişinin həllini asanlaşdıra bilər
3-11-2025, 08:08
Tramp Ukrayna münaqişəsinə son qoya biləcəyinə əmindir
1-11-2025, 21:14
Ukrayna daha bir bölgəni itirir
1-11-2025, 20:50
Vaşinqtonda Suriya prezidentini gözləyirlər
1-11-2025, 16:04
Allahşükür Paşazadə Vatikanda Roma Papası ilə görüşüb
31-10-2025, 19:33
Sabiq icra başçısı barəsində həbs qərarı verilib
31-10-2025, 15:52
Əli Həsənov Türkiyəyə köçüb? - Açıqlama
31-10-2025, 15:50
Tavuş vilayətində demarkasiya işləri dayanıb - Qubernator
31-10-2025, 15:30
Zahid Oruc: "Onlar "söyüş blogerləri" yox, terror şəbəkəsidir"

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək