Tərbiyəçi vəzifəsinə işə qəbul müsahibəsinə start verilib
Tarix: 08-10-2025 10:04 | Bölmə: Cəmiyyət
Tərbiyəçi vəzifəsinə işə qəbul müsahibəsinə start verilib

Oktyabrın 8-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən internat tipli ümumi təhsil müəssisələrinə tərbiyəçi vəzifəsinə işə qəbul müsahibəsinə start verilib.

Reyting.az
xəbər verir ki, müsahibənin keçirildiyi məkan və vaxt barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.




Bölməyə aid digər xəbərlər