Əcnəbilərlə evlənən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Tarix: 08-10-2025 10:18 | Bölmə: Cəmiyyət
Əcnəbilərlə evlənən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Bu ilin ilk 9 ayında Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 570 nikah bağlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, onlardan 858-i Azərbaycan vətəndaşı olan kişi, 712-si isə qadındır.

Məlumata görə, daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan vətəndaşları ilə nikah bağlanıb(Report).




Bölməyə aid digər xəbərlər