17:08 / 08-10-2025
Prezident fərman imzalayıb
13:59 / 08-10-2025
Hərbçimiz vəfat edib
Daha 2 vəkilin fəaliyyəti dayandırılıb - 4-nə isə xəbərdarlıq olunub
Tarix: 08-10-2025 16:49 | Bölmə: Cəmiyyət
Daha 2 vəkilin fəaliyyəti dayandırılıb - 4-nə isə xəbərdarlıq olunub

Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyadan Reyting.az-a bildirilib ki, sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə də baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlim proqramını uğurla başa vuran bir vəkilliyə namizədin andiçmə mərasimi keçirilib.

Namizəd vəkil etikası və peşə borcuna sadiq qalacağına dair and içərək Kollegiyanın sıralarına qəbul olunub. Ona vəsiqə təqdim edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Bundan başqa, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil ediləcək "Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası"nın XI və Milli Məhkəmə Müsabiqəsinin XV buraxılışlarının keçirilməsinə maddi dəstək göstərilməsi, eləcə də "Philip C. Jessup" Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə maliyyə yardımının verilməsi ilə bağlı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müraciətləri müzakirə olunaraq müsbət qərar qəbul edilib.

Eyni zamanda "Hüquqi yardımın göstərilməsi haqqında müqavilə"nin standart formasına "Xüsusi şərtlər" adlı yeni bölmənin əlavə olunması ilə bağlı müraciət müzakirə edilib. Nəzərə çatdırılıb ki, bu dəyişiklik vəkilə müraciət edən şəxs arasında bağlanan müqavilələrdə fərdi razılaşmaların daha aydın və şəffaf ifadə olunmasına, həmçinin hüquqi müəyyənliyin və müdafiənin gücləndirilməsinə xidmət edəcək.

Həmçinin iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, bir vəkilin vəkil kabineti yaratmaq barədə müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 4 vəkilə xəbərdarlıq edilib və 1 vəkilə isə töhmət verilib.




Bölməyə aid digər xəbərlər