17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
BŞİH: “Sovetski”-də tarixi binanın sökülməsi ilə bağlı məlumat yalandır
Tarix: 29-10-2025 15:30 | Bölmə: Cəmiyyət
BŞİH: “Sovetski”-də tarixi binanın sökülməsi ilə bağlı məlumat yalandır

“Müxtəlif KİV-lərdə keçmiş “Sovetski” adlanan ərazidə tarixi binaların söküntüsü və onlara müdaxilə ilə bağlı yayılmış məlumatlarla bağlı bildiririk ki, qeyd edilən ərazidə rəsmi dövlət reyestrində olan heç bir tarixi bina, o cümlədən tarixi əhəmiyyət kəsb edən digər binaların söküntüsü nəzərdə tutulmayıb”.

Reyting.az
xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən bildiriblər.

Qeyd edilib ki, hazırda bu ərazidə yalnız qəzalı vəziyyətdə olan, istismar müddətini başa çatdırmış binalar sökülür: "Mirzə Fətəli 31 ünvanında yerləşən binaya gəlincə, söküntü sözügedən binada deyil, ona bitişik olan qəzalı binada həyata keçirilib. Söküntü işləri başa çatdırıldıqdan sonra bu binanın əsaslı bərpası nəzərdə tutulub”.

BŞİH bildirir ki, adıçəkilən ərazidə 3 qurumun nümayəndələrindən ibarət xüsusi komissiya fəaliyyət göstərir və hər bir bina ilə bağlı birgə rəy verilir.

Sonda media qurumlarından xahiş olunur ki, yalnız dəqiqləşdirilmiş məlumatları yaysınlar.




Bölməyə aid digər xəbərlər
27-10-2025, 15:19 Sel olacaq - Xəbərdarlıq