17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
800 min illik yeraltı su hövzəsi aşkarlanıb
Tarix: 29-10-2025 21:59 | Bölmə: Cəmiyyət
800 min illik yeraltı su hövzəsi aşkarlanıb

Korinf körfəzinin dibində, Peloponneslə Mərkəzi Yunanıstan arasında təxminən 800 min il əvvəl, buzlaşma dövrlərində formalaşmış nəhəng yeraltı su hövzəsi aşkar edilib.

Reyting.az
xəbər verir ki, kəşf beynəlxalq tədqiqatçılar qrupuna - maltalı və italyan alimlərə məxsusdur. Mütəxəssislər dəniz dərinliklərinə enərək aşağı duzluluğa malik, nəhəng yeraltı su hövzəsinin mövcudluğunu təsdiqləyiblər.

Alimlərin sözlərinə görə, qədim dövrlərdə dəniz səviyyəsinin enməsi nəticəsində yağış suları və güclü çay axınları torpaq qatlarına sızaraq yerin altında su “cibləri” əmələ gətirib.

Tədqiqat nəticələrinə əsasən, bu “su dənizi” bu günədək dənizin dibində, 100 metrədək dərinlikdə qorunub saxlanılıb. Hesablamalara görə, həmin təbəqələrdə təxminən 250 kub kilometr su ehtiyatı mövcuddur.

Mütəxəssislər bildirirlər ki, bu nadir hidrogeoloji formasiya buzlaşma dövrləri və dəniz səviyyəsinin dəyişməsi nəticəsində yaranıb. Sonrakı minilliklərdə çöküntü qatları həmin suyu təbii şəkildə qoruyub saxlayıb.

Tədqiqat qrupunun rəhbəri Senay Xorozal qeyd edib ki, Korinf körfəzi həm aktiv tektonik quruluşu, həm də zəngin geoloji tarixi ilə elm adamları üçün “təbii laboratoriya” rolunu oynayır:

“Bu ərazi Yerin geoloji keçmişini öyrənmək baxımından unikal mənbədir. Eyni zamanda, burada tapılan yeraltı su ehtiyatı iqlim dəyişiklikləri və su qıtlığı kimi qlobal problemlər kontekstində böyük strateji əhəmiyyət kəsb edir.

Alim həmçinin Yunanıstan hökumətini və yerli ictimaiyyəti bu tapıntıya ehtiyatla yanaşmağa çağırıb. Onun sözlərinə görə, hövzənin suyundan məsuliyyətsiz istifadə ekosistemdə tarazlığın pozulmasına və ciddi fəlakətlərə səbəb ola bilər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
27-10-2025, 15:19 Sel olacaq - Xəbərdarlıq