Çin 2027-ci ildə "süni günəş"i işə salacaq
Tarix: 30-10-2025 09:13 | Bölmə: Cəmiyyət
Çin 2027-ci ildə "süni günəş"i işə salacaq

Çin "süni günəş" adlandırdıqları termonüvə qurğusunu və "Burning Plasma Experimental Superconducting Tokamak" kimi tanınan böyük layihəni 2027-ci ildə tam istismara verməyi planlaşdırır.

Reyting.az
-ın məlumatına görə, bu layihəni Çin Elmlər Akademiyasının Plazma Fizikası İnstitutunun əməkdaşları hazırlayıblar.

"Süni günəş" ölkənin nüvə enerjisi sahəsində strateji addım sayılır. Qurğu dünyanın ilk termonüvə reaksiyası əsasında birbaşa elektrik enerjisi istehsal edən sistemi ola bilər.

Yeni "BEST" termonüvə qurğusunun əsas hissəsi 400 tonluq, 18 metr diametrli və 5 metr hündürlüyündə nəhəng vakuumlu termosdur. Qurğu -269°C temperaturda deyteri və tritium qarışığından yaranmış plazmanı tamamilə sabit saxlamaq üçün fövqəldirijilərdən istifadə edir.

Xatırladaq ki, bundan daha əvvəl Çin "süni günəş"ə bənzəyən "EAST" adlı qurğu vasitəsilə plazmanı 1000 saniyədən çox saxlamağa nail olmuşdu. Lakin yeni "BEST" qurğusu bu nailiyyəti daha da irəli aparmaqla, Yer şəraitində günəş nüvəsində olduğu kimi enerji çıxışı prosesini təkrarlamağı hədəfləyir.

Ekspertlərin fikrincə, "süni günəş" adlı bu layihə uğurla reallaşarsa, dünyada enerji təhlükəsizliyi üçün yeni dövr başlayacaq və qeyri-adi Çin texnologiyası neftə, eyni zamanda qaza olan asılılığı azaldacaq ki, bunun da nəticəsində tamamilə təmiz, sabit enerji mənbəyi yaranacaq.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
27-10-2025, 15:19 Sel olacaq - Xəbərdarlıq