Ağstafada kafedə qadın bıçaqlanıb
Tarix: 30-10-2025 10:12 | Bölmə: Cəmiyyət
Ağstafada kafedə qadın bıçaqlanıb

Dünən axşam saatlarında Ağstafa rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.

Reyting.az
xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində yerləşən kafedə qeydə alınıb.

Kafenin icarədarı 1982-ci il təvəllüdlü Esmira Kiçikova iş yerində bıçaq xəsarətləri alıb. O, Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Polisin keçirdiyi tədbirlər nəticəsində E.Kiçikovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Qazax rayon sakini 30 yaşlı Elmin Qocayev saxlanılıb.

Araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
27-10-2025, 15:19 Sel olacaq - Xəbərdarlıq