Bakıda üç nəfərin üzərinə çinar ağacı aşıb
Tarix: 30-10-2025 11:39 | Bölmə: Cəmiyyət
Bakıda üç nəfərin üzərinə çinar ağacı aşıb

Bakıda güclü külək nəticəsində çinar ağacı aşıb, üç nəfər xəsarət alıb.

Reyting.az
xəbər verir ki, hadisə Y.Məmmədəliyev küçəsi ev 7-nin qarşısında qeydə alınıb.

Hadisə nəticəsində Bakı şəhər sakinləri - 2004-cü il təvəllüdlü Nəzrin Müşfiq qızı Mikayılova, 1993-cü il təvəllüdlü Arif Şakiroviç Xoderev və 2002-ci il təvəllüdlü Ramil Ramis oğlu Hüseynov ağacın altında qalaraq xəsarət alıblar.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar(Report).




Bölməyə aid digər xəbərlər
27-10-2025, 15:19 Sel olacaq - Xəbərdarlıq