Saxlanılan icra başçısı nazir müşavirinin dayısıdır
Tarix: 30-10-2025 13:53 | Bölmə: Cəmiyyət
Saxlanılan icra başçısı nazir müşavirinin dayısıdır

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə şəxsin saxlanıldığı bildirilir.

Məsələ ilə bağlı maraqlı məqam ortaya çıxıb.

İcra başçısı İslam Rzayev maliyyə nazirinin müşaviri Elman Mehdiyevin dayısıdır.

E. Mehdiyev 2018-ci ildən bu vəzifədə çalışır.

Bundan öncə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri olub/Sfera.az




Bölməyə aid digər xəbərlər
27-10-2025, 15:19 Sel olacaq - Xəbərdarlıq