Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Fotolar
Tarix: 30-10-2025 14:33 | Bölmə: Cəmiyyət
Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Rəhimov Cəmil Nizami oğlu ilə vida mərasimi keçirilib.

Reyting.az
APA-ya istinadla bildirir ki, Cəmil Rəhimovun nəşinin qalıqları ailəsinə təhvil verilib. Bu gün şəhidlə onun yaşadığı evdə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Şirvan Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun yaxınları, şəhər ictimaiyyəti, yerli dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, şəhid Cəmil Nizami oğlu Rəhimov 1969-cu ildə Sabirabad rayonunun Cəngən kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. Döyüşə könüllü gedən Cəmil Rəhimov 8 may 1992-ci ildə Şuşa şəhərində itkin düşmüş hesab edilib.








Bölməyə aid digər xəbərlər
27-10-2025, 15:19 Sel olacaq - Xəbərdarlıq