10:55 / 03-02-2026
"Azvvallet"ə qadağa qoyulub
Gəncədə 25 yaşlı şəxs öldürülüb
Tarix: 03-02-2026 10:43 | Bölmə: Cəmiyyət

Gəncədə 25 yaşlı şəxs öldürülüb

Fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan Reyting.az-a bildirilib ki, ilkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.





Bölməyə aid digər xəbərlər