Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
Bakıda liseydə şagird müəllimi güllələyib - (Yenilənib-4)
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Bermud üçbucağının sirri açılır
Azərbaycan Rusiyaya nota verib
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - Fotolar
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
İki həkim həbs edilib - Məhkəmə zalında
Vensin Bakı səfəri: separatçıların gözləntisi nədir?
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
Vensin Bakı və İrəvana səfər tarixləri açıqlanıb
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
Tarix: 03-02-2026 10:23 | Bölmə: Mədəniyyət

Azərbaycanda bir mənbədən satınalma metodu şəxslərə və ada görə tətbiq edilir, pul ayrılırmış. Bunu biz demirik, məşhur aktyorumuz Azər Aydəmir deyir. Onun sözlərinə görə, keçmiş xarici işlər naziri Həsən Həsənovun oğlu tarixçi Zaur Həsənovun ssenari müəllifi olduğu filmə 657 min manatı Azər Aydəmirə görə ayırıblar.
Reyting.az-ın məlumatına görə, o, Ajans.az-a açıqlamasında bildirib ki, burada söhbət 657 min manat ayrılan şirkətin seçilməsindən getmir, burada söhbət Azər Aydəmirin adından gedir.
Kino Agentliyi Azər Aydəmirin “Aydəmir Entertainment” şirkəti ilə 657 min manat dəyərində müqavilə imzalayıb. Müqaviləyə görə, sözügedən şirkət “Çar skiflər: Aşquz dövləti” tammetrajlı bədii-sənədli filmini çəkəcək. “Aydəmir Entertainment” isə 2024-cü ilin dekabrında qeydiyyata alınıb.
Məsələ ilə bağlı Azər Aydəmirin cavablarını təqdim edirik:
- Niyə “Aydəmir Entertainment” seçilib?
- Kino Agentliyi “Aydəmir Entertainment”i seçməyib, biz Kino Agentliyini seçmişik. Çünki “Skiflər-Aşquz dövləti” əsərinin ssenari müəllifi keçmiş XİN naziri Həsən Həsənovun oğlu, tarixçi Zaur Həsənovdur. Bu əsərin ssenarisi əsasında biz Kino Agentliyinə təklif etmişik ki, bu filmi çəkək. Təklifi keçən ildən irəli sürmüşük. Uzun danışıqlardan sonra agentlik bizə filmi çəkmək icazəsini verib. Həmçinin, müəyyən məbləğdə vəsait də ayırıb.
- Niyə bu mövzuda müsabiqə elan edilməyib?
- Çünki Kino Agentliyinin bu mövzuda müsabiqə elan etmək fikri olmayıb. Təklifi ilk biz etmişik. Əgər ilk təklifi production edirsə və onun təklifi ideoloji baxımdan bizim hazırki film fondumuza uyğun gəlirsə, məqbul hesab edilir. Bir mənbə üsulu və satınalma ilə qanunvericiliyə uyğun şirkətin araşdırmaları qəbul olunur. 7-8 ay ssenari üzrə işləməklə bərabər danışıqlardan sonra biz özümüzü sübut etdik. Texniki baza və hüquqi baxımdan “Aydəmir Entertainment” özünü isbat etdi. Beləliklə də, istədiyimizə nail olduq.
- "Aydəmir Entertainment” şirkətinin tarixi film çəkmək mövzusunda təcrübələri olub?
- Bizim şirkətin tarixi filmlər çəkmək baxımından təcrübəsi yoxdur. Bu, ölkədə yeni bir tendensiyadır. Ölkə ərazisində tarixi film çəkən şirkətlər azdır, üstəlik onlar da bu sahədə ilk dəfə təcrübə qazanırlar. Bizdə istisna sayılmırıq.
Burada Kino Agentliyinin bizim şirkəti seçməsi deyil, Azər Aydəmirin adı ön plandadır. Azər Aydəmir bu cür tarixi filmi çox maraqlı, baxımlı və darıxdırıcı etməyən bir şəxsdir. Mən 15-16 ildir bu sahədə təcrübəyə malikəm. Tərtibatçı, prodüsser, ssenari müəllifi kimi vəzifələri icra etmişəm. Bu illər ərzində Azər Aydəmir mikrosahibkar kimi, fiziki şəxs kimi VÖEN-lə fəaliyyət göstərirdi. 2024-cü ildən isə, hüquqi şəxs kimi 18% ƏDV ödəyicisi kimi çalışır. Son olaraq, deyirəm ki, burada “Aydəmir Entertainment”in gördüyü işlər deyil, Azər Aydəmirin məsuliyyətindən söhbət gedir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək