ABŞ-İran danışıqları İstanbulda aparılacaq
Tarix: 03-02-2026 07:56 | Bölmə: Siyasət

ABŞ-İran danışıqları İstanbulda aparılacaq

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi fevralın 6-da İranın nüvə proqramı ilə bağlı yenilənmiş diplomatik səylər çərçivəsində İstanbulda danışıqlar aparacaqlar.

Reyting.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Danışıqlardan məlumatlı olan mənbələr bildirirlər ki, görüşə hazırlıq tam sürətlə gedir. Bununla belə, başqa bir mənbə xəbərdarlıq edir ki, görüş planı qeyri-müəyyən olaraq qalır və hələlik yekun qərar verilməyib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər