10:55 / 03-02-2026
"Azvvallet"ə qadağa qoyulub
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
Tarix: 03-02-2026 10:01 | Bölmə: İqtisadiyyat

36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib

"Sosial Xidmətlər Agentliyi" PHŞ tərəfindən əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Astara rayonunda 22 ədəd birotaqlı, 14 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə elan edilmiş tender ləğv olunub.

Reyting.az xəbər verir ki, ehtimal olunan qiyməti 1 820 000 manat olan satınalmanın ləğv edilməsinə səbəb iştirakçı sayının tələb olunan həddən az olmasıdır.

Belə ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün (36.1.1. maddəsinə əsasən) müsabiqə baş tutmayıb.

Qərar 30 yanvar 2026-cı il tarixində qəbul edilib(fed.az).





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb