Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
Tarix: 03-02-2026 09:31 | Bölmə: İqtisadiyyat

Pensiya üçün ən yaxşı ölkələr...

Dünyada pensiya üçün ən yaxşı ölkələrin reytinqi açıqlanıb.

Reyting.az xəbər verir ki, "Natixis konsaltinq" şirkəti ilə "CoreData Research" mərkəzinin birgə hazırladığı 2025-ci ili əhatə edən reytinq cədvəli dərc olunub.

Reytinq pensiyaçıların həyat səviyyəsini 18 meyar üzrə, öncə pensiya maliyyəsi, maddi rifah və həyat keyfiyyəti, eyni zamanda səhiyyə kateqoriyalarında qiymətləndirib.

Çexiya reytinqdə 11-ci yeri tutub. Bu ölkə ötən illə müqayisədə öz mövqeyini 5 pillə yaxşılaşdırıb.

Çexiya Respublikasının göstəriciləri belədir:

səhiyyə - 79%

həyat keyfiyyəti - 70%

maddi rifah - 83%

pensiya maliyyəsi - 67%

Ümumi bal: 74%.

Reytinq cədvəlinə Norveç 83 faiz, İrlandiya 82 faiz, İsveçrə 81 faizlə liderlik edir.

İlk onluqda İslandiya, Danimarka, Niderland, Avstriya, Almaniya, Lüksemburq və Sloveniya də yer alıb.

Siyahının sonunda Türkiyə (42%), Kolumbiya (33%) və Hindistan (8%) qərar tutub.

Araşdırmalara əsasən, inflyasiyanın təsirləri dünya üzrə pensiya islahatlarına çox ciddi təsir göstərir ki, bunun da nəticəsində 66 faiz respondent gündəlik xərclərin çox artması səbəbindən daha az pul yığdığını, 69 faizi isə pensiya yığımlarının dəyərinin azaldığını bildirib. 38 faiz isə ümumiyyətlə inflyasiyanın pensiya ilə bağlı bütün arzularını tamamilə puç etdiyini söyləyib.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb