20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Keçmiş nazir “qanuni oğru”ya görə həbs edildi
Tarix: 15-05-2019 14:07 | Bölmə: Cəmiyyət
Keçmiş nazir “qanuni oğru”ya görə həbs edildi

Qırğızıstanda hüquq-mühafizə orqanları çeçen “qanuni oğru” Aziz Batukaevin həbsxanadan qanunsuz buraxlması işi üzrə araşdırma çərçivəsində keçmiş səhiyyə naziri Dinar Saqinbaevi həbs ediblər.

Reyting.az xarici mediaya istinadla bildirir ki, keçmiş məmurun mayın 14-də ifadəsi alınıb, sonra müvəqqəti saxlanma təcridxanasına göndərilib.

Dinar Caqinbaev 2011-2014-cü illərdə Qırğızıstanın səhiyyə naziri işləyib.

Azizin qanunsuz azadlığa buraxılması ilə bağlı iş 2019-cu ilin yanvar ayında açılıb. Üstündən bir neçə ay keçəndən sonra bu iş üzrə Cəzaların icrası dövlət xidmətinin iki həkiminin, o cümlədən qurumun tibb xidmətinin keçmiş rəisi və Səhiyyə Nazirliyinin nümayəndəsinin işdə adı keçib.

Bundan əlavə, həkim-onkoloq Emil Makimbetov və daha bir mütəxəssis də saxlanılıb. Beləliklə, bu gün həmin iş üzrə adı keçən 6 nəfərdir.

Batukaev ciddi rejimli həbsxanadan 2013-cü ildə məhkəmənin qərarı ilə çıxıb. Həkimlər ona “kəskin qan leykozu” diqanozu quyublar. Batukaevin vaxtından əvvəl buraxılması ilə bağlı məhkəmə qərarı çıxarılandan 6 saat sonra o, çarter reysi ilə Bişkekdən Qroznıya uçub. “Qaçışı”, bəzi məlumatlara görə, Ramzan Kadırovun yaxın silahdaşı, Dövlət Dumasının deputatı Adam Delimxanov təşkil edib.

Azizin Çeçenistanda nüfuzlu müdafiəçiləri var. Onların əli ilə Batukaevə vətənində iki cinayət işi “təmin ediblər” – narkotik və yol qəzası. Bu şərti formallıq sayəsində Batukaev respublikada qala bilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər