16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Milyonçu təyyarədə yazdığı məktuba görə ömürlük azadlıqdan məhrum olundu
Tarix: 15-06-2019 02:53 | Bölmə: Cəmiyyət
Milyonçu təyyarədə yazdığı məktuba görə ömürlük azadlıqdan məhrum olundu

Hindistanda almaz ticarəti ilə məşğul olan Birja Kişor Salla barəsində ömürlük azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

Reyting.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, milyonçu təyyarədə darıxdığından ayaqyolunda göyərtəyə bomba yerləşdirilməsi haqda yazdığı məktubu qoyub.

İnsident 2017-ci ildə baş verib. Bu müddətdə istintaq aparılıb. Xəbər verilir ki, milyonçu Mumbai-Nyu-Dehli reysinin biznes-sinfində uçurmuş.

Mühakimə olunan deyib ki, ona uçuş zamanı darıxdırıcı olub, ona görə də zarafat etmək qərarına gəlib. Milyonçu tualetə girib, oradakı salfet qutusunda bu məzmunda qeyd yazıb: “Göyərtədə təyyarə qaçıranlar var. Təyyarəyə bomba qoyulub”.

Onun yazdığını pilotlar tapıblar. Zarafat kimi qiymətləndirməyiblər: təyyarə yerə enəndə hava limanına polis gəlib. Polis bir il ərzində məktubu kimin yazdığını müəyyənləşdirməklə məşğul olub.

Birja Salla ömürlük azadlıqdan məhrum edilməklə yanaşı, 1 milyon dollar da cərimə ödəməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}