İcra başçısından 220 minlik maşın qalmaqalına qəribə reaksiya: "Müavinimin maşını yoxdur"
Tarix: 01-07-2019 14:34 | Bölmə: Cəmiyyət
İcra başçısından 220 minlik maşın qalmaqalına qəribə reaksiya: "Müavinimin maşını yoxdur"

Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov tender yolu ilə "Mercedes Benz S 350” xidməti avtomobilin almaq niyyətləri haqda cəmiyyətdə yaranan etiraza reaksiya verib.

Reyting.az
-ın məlumatına görə, Aqil Məmmədov unikal.org-a açıqlamasında bildirib ki, dövlət tərəfindən icra hakimiyyətinə 55 min manat xidməti avtomobilin alınması üçün pul ayrılıb:

"2 ildir ki, müavinimin xidməti avtomobili yoxdur. Dövlət bücəsindən xidməti avtomobilin alınması üçün 55 min manat pul ayırldı. Təklif etdim ki, sözügedən məbləğə 2010-cu ilin buraxılışı olan "Mercedes Benz S 350” avtomobili alınsın. İcra hakimiyyəti bunun üçün tender komissiyasına müraciət etdi və tender elan olundu”.

Aqil Məmmədov vurğulayıb ki, artıq sözügedən xidməti avtomobil dəyəri büdcələrinə uyğun olmadığı üçün təxirə salınıb:

"Tenderdə hələlik sözügedən avtomobillər təklif olunmayıb. Təklif olunan avtomobillərin qiyməti çox bahadır. Ona görə, "Mercedes Benz S 350” avtomobilin alınmasını təxirə saldıq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər