16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakıdan Dubaya uçan təyyarə məcburi eniş edib - Yenilənib
Tarix: 27-07-2019 01:04 | Bölmə: Cəmiyyət
Bakıdan Dubaya uçan təyyarə məcburi eniş edib

“Azərbaycan Hava Yolları”nın Bakıdan Dubaya uçan J2-015 nömrəli reysində hava gəmisinin kapitanı geri dönüb və Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş üçün icazə istəyib.

Reyting.az
-ın “Report”a istinadla verdiyi məlumata görə, AZAL-dan bildiriblər ki, "Airbus A319" təyyarəsinin planlaşdırılmamış enişinin səbəbi baqaj hissəsindəki tüstü detektorunun işə düşməsi olub.

Bakı vaxtı ilə saat 23:28-də təyyarə Bakı aeroportunda uğurlu eniş edib. Təyyarənin yoxlanışından sonra detektorun səhvən işə düşdüyü məlum olub.

Heyət üzvləri də daxil olmaqla laynerin göyərtəsində 113 nəfər olub, zərərçəkən yoxdur.

Sərnişinlər Dubaya ehtiyat təyyarə ilə yola düşəcəklər.

****

Bakıdan Dubaya uçan təyyarə artıq havaya qalxıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata görə, uçuş yerli vaxtla 01:53-də həyata keçirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}