18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Tarix müəllimi direktorların işə qəbulu imtahanında 52 balla ən yüksək nəticəni göstərib - Fotolar
Tarix: 03-08-2019 02:31 | Bölmə: Cəmiyyət
Tarix müəllimi direktorların işə qəbulu imtahanında 52 balla ən yüksək nəticəni göstərib

Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Bu mərhələdə 1 643 namizəd iştirak edib.

Reyting.az
-ın məlumatına görə, imtahanlarda iştirak edən Günel Həmidova 52 bal toplayaraq namizədlər arasında ən yüksək nəticə göstərib. Günel Həmidova Qubadlı rayonu Mahruzlu kənd tam orta məktəbinin tarix müəllimidir.

Tarix müəllimi direktorların işə qəbulu imtahanında 52 balla ən yüksək nəticəni göstərib
Günel Həmidova

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 472 vakant yer çıxarılıb.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

Tarix müəllimi direktorların işə qəbulu imtahanında 52 balla ən yüksək nəticəni göstərib




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər