10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
SOCAR gəmilərin toqquşması ilə bağlı məsələyə aydınlıq gətirib
Tarix: 15-08-2019 13:15 | Bölmə: Cəmiyyət
SOCAR gəmilərin toqquşması ilə bağlı məsələyə aydınlıq gətirib

“Palmali” şirkətlər qrupuna məxsus “Mammad Amin Rasulzade” gəmisi ilə toqquşan “Doric Warrior” adlı gəminin “SOCAR Ukraine” şirkəti ilə heç bir əlaqəsi yoxdur.

Reyting.az
-ın məlumatına görə, bunu Report-un sorğusuna cavab olaraq SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O qeyd edib ki, sözügedən hadisəni SOCAR-la əlaqələndirmək ididiaları tamamilə həqiqətdən uzaq və mənasız təxribatdır: “Bunu Azərbaycana qarşı yönəldilmiş tamamilə həqiqətdən və məntiqdən uzaq olan, mənasız təxribat kimi dəyərləndiririk”.

Xatırladaq ki, “Mammad Amin Rasulzade” ilə “Doric Warrior” adlı gəmilər avqustun 13-də gecə saatlarında toqquşub. Bu barədə məlumatı “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov yayıb. O, bildirib ki, “Mammad Amin Rasulzade” gəmisi İstanbulun Dəmir bölgəsində limanda dayandığı yerdə vurulub və faktla bağlı İstanbul prokurorluğunda cinayət işi başlanıb.

Hadisə ilə bağlı yayılan məlumatlarda “Doric Warrior” gəmisinin “SOCAR Ukraine” şirkətinə çalışdığı iddia edilirdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}