Yanğınla əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb
Tarix: 22-08-2019 17:15 | Bölmə: Cəmiyyət
Yanğınla əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

Baksol yolu adlanan ərazidəki taxta bazarında baş verən yanğınla əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.

Reyting.az Bakı Nəqliyyat Agentliyinə istinadla bildirir ki, nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.

Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkəti üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələri xahiş olunur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}