17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Paytaxt polisi: "Şəhidlərin fotoları olan plakat sökülməyib"
Tarix: 09-09-2019 17:36 | Bölmə: Cəmiyyət
Paytaxt polisi: "Şəhidlərin fotoları olan plakat sökülməyib"

"Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatları sökməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir".

Reyting.az
xəbər verir ki, bu, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin yaydığı məlumatda bildirilib.

O deyib ki, iddialar polisə qarşı təxribatdır, orda plakatların polis tərəfindən sökülməsi ilə bağlı hər hansı göstəriş olmayıb, yalandır: “Bu qərəzli məlumatı yayanlar nəzərə alsınlar ki, polis bu xalqın övladlarıdır, vətən uğrunda canı fəda edən şəhidlərimizin xatirəsi bizim üçün də əzizdir, müqəddəsdir.”




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}