Küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq edildi
Tarix: 21-09-2019 12:16 | Bölmə: Cəmiyyət
Küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq edildi

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar sürücü və sərnişinlərə xəbərdarlıq edib.

Agentlik bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib:

"Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir".

Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər: "Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik".

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}