14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
Deputatdan icra başçısı təyin olunması haqda ilk açıqlama: "Mənim üçün də gözlənilməz oldu"
Tarix: 12-11-2019 15:48 | Bölmə: Cəmiyyət
Deputatdan icra başçısı təyin olunması haqda ilk açıqlama: "Mənim üçün də gözlənilməz oldu"

"İcra başçısı təyin olunacağımı gözləmirdim. Mənim üçün də gözlənilməz oldu. Cənab prezidentimizə təşəkkür edirəm ki, məni bu vəzifəyə təyin etdi”.

Reyting.az xəbər verir ki, bu fikirləri Modern.az-a Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən deputat Elşad Həsənov deyib.

Yeni icra başçısı bildirib ki, iş fəaliyyəti barədə indidən nəsə deyə bilməz:

"İcra başçısı olaraq iş fəaliyyətimlə bağlı onu deyə bilərəm ki, bunu özünüz izləyəcəksiz. Əlimdən gələni əsirgəməməyə çalışacam. Bu təyinata görə bir daha dövlət başçımıza minnətdarlığımı bildirirəm. Mənə həvalə edilən işin öhdəsindən gəlməyə çalışacam”.

Qeyd edək ki, Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, Elşad Həsənov 17 saylı Yasamal üçüncü seçki dairəsindən Milli Məclisin deputatıdır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:47 Sabah yağış yağacaq
16-09-2025, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq