Şəhid adından dələduzluq edən şəxs axtarılır - Paytaxt polisindən açıqlama
Tarix: 21-11-2019 10:30 | Bölmə: Cəmiyyət
Şəhid adından dələduzluq edən şəxs axtarılır - Paytaxt polisindən açıqlama

Şəhid adından istifadə etməklə paytaxtda dələduzluq əməllərilə məşğul olan şəxs barəsində mətbuatda yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb.

Bakı Şəhər Baş Baş Polis Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, onun kimliyinin müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkədə aprel döyüşlərinin şəhidi Mikayıl Vahabzadənin adından Bakıda maşın bazarı ərazisində bir nəfər şəxsin əlində yazılı kağız mağazaları gəzərək pul yığdığı barədə məlumat yayılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər