Universitet tələbələri zəhərlənib – ölən var - Yenilənib
Tarix: 21-11-2019 14:18 | Bölmə: Cəmiyyət
Universitet tələbələri zəhərlənib – ölən var

Bakı Dövlət Universitetinin 2№-li yataqxanasında zəhərlənmə hadisəsi olub.

Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35-də daxil olub. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.

Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.

Baş toksikoloq Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, hadisə ilə bağlı araşdırma aparılır: "Hələlik hadisənin baş vermə səbəbi məlum deyil".

Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov isə bildirib ki, hər iki tələbə qız şok vəziyyətindədir: “Onların vəziyyətləri çox ağırdır. Hər ikisindən analiz götürülüb, toksikoloji laboratoriyaya verilib. Hazırda analizin cavablarını gözləyirik”.

***

Son məlumata görə, BDU-nun yataqxanasında zəhərlənərək öldüyü bildirilən şəxs 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.

Zəhərlənən digər iki tələbənin də kimliyi məlum olub. Onlar – 1998-ci il təvəllüdlü Həmidə İbadova və kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyevadır.

Onların vəziyyəti ağır qiymətləndirilir.

APA-nın Kliniki Tibbi Mərkəzdə olan əməkdaşının verdiyi məlumata görə, BDU-nun rektoru Elçin Babayev də xəstəxanaya gəlib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər