Maliyyə şöbəsinin əməkdaşına xəsarət yetiriblər - Komadadır
Tarix: 21-11-2019 23:21 | Bölmə: Cəmiyyət
Maliyyə şöbəsinin əməkdaşına xəsarət yetiriblər - Komadadır

Gəncədə döyülmə faktı qeydə alınıb.

Reyting.az
-ın məlumatına görə, hadisə Kəlbəcər rayon sakinlərinin məskunlaşdığı məcburi köçkün şəhərciyində baş verib.

Bacısının keçmiş nişanlısı tərəfindən xəsarət yetirilən 1998-ci il təvəllüdlü Qəmbərova Validə Rauf qızı kələ-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona tibbi yardım göstərilib. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirib.

Məlumata görə, V. Qəmbərova ailədaxili münaqişə zəminində döyülüb. O, bacısı ilə keçmiş nişanlısı dava edərkən onları aralaşdırmaq istəyib. Bu zaman oğlan onu itələyib. Yıxılaraq başından xəsarət alan V. Qəmbərovanın komaya düşdüyü bildirilir.

İlkin məlumata görə, gənc cütlüklərin arasında yaran mübahisə qızın nişanı qaytarmasından sonra yaranıb. Buna səbəb isə oğlanın başqa qızla münasibətinin üzə çıxmasıdır.

Qeyd edək ki, xəsarət alan V. Qəmbərova Kəlbəcər rayon Maliyyə şöbəsinin əməkdaşıdır. Bacısı isə Kəlbəcər rayon Mərkəzi Kitabxanasında işləyir.

Hələlik adı açıqlanmayan oğlanın isə Gəncə Regional Elmi Mərkəzin işçisi olduğu deyilir.

Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma başlanıb.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər