Səhiyyə Nazirliyi 7 qida əlavəsinə mənfi rəy verib - Siyahı
Tarix: 23-11-2019 12:32 | Bölmə: Cəmiyyət
Səhiyyə Nazirliyi 7 qida əlavəsinə mənfi rəy verib

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin sentyabr və oktyabr aylarında 7 Bioloji Fəallığa Malik Qida Əlavəsinə (BFMQƏ) mənfi rəy verib.

AEM bildirir ki, sentyabr ayında “Agavit” (şərbət, Türkiyə), “CaDlife” (tablet, Türkiyə), “Extra-E” (tablet, Türkiyə), “Optiprost” (tablet, İtaliya) və “Si-Klim Bio” (tablet, Rusiya) bioloji qida əlavələrinə mənfi rəy verilib.

Oktyabr ayında isə iki müraciət mənfi cavablandırılıb.

Qeyd edək ki, AEM Bioloji Fəallığa Malik Qida Əlavələrinin, tibbi və kosmetoloji ləvazimatların ekspertizasını həyata keçirir.(APA)

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər