Ölkə başçısı gələn ay əfv sərəncamı imzalayacaq?
Tarix: 23-11-2019 17:29 | Bölmə: Cəmiyyət
Ölkə başçısı gələn ay əfv sərəncamı imzalayacaq?

Azərbaycanın əlamətdar günlərində bir qayda olaraq ölkə Prezidenti İlham Əliyev əfv sərəncamları imzalayır. Artıq ənənə halını almış belə sərəncamlar nəticəsində minlərlə məhbus azadlığa buraxılıb, yaxud cəzası azaldılıb. Sonuncu əfv sərəncamı bu ilin mart ayının 14-də imzalanıb və beynəlxalq hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi xeyli sayda tanınmış şəxslər də azadlığa buraxılıb. Prezidentin bu qərarı beynəlxalq təşkilatlar tərəfindən təqdir olunub.

Qarşıdan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı gəlir. Müxtəlif illərdə bu əlamətdar tarixdə dövlət başçısı əfv sərəncamları imzalayıb. Görəsən, bu il də belə bir sərəncam veriləcəkmi?

Reyting.az-ın məlumatına görə, bununla bağlı sualı cavablandıran Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev AzPolitika.info-ya bildirib ki, əfv sərəncamı Prezidentin konstitusion səlahiyyətlərinə daxildir:

“Məlumdur ki, cənab Prezident İlham İlham Əliyev humanizm prinsiplərindən çıxış edərək hər il belə sərəncamlar imzalayır və nəticədə yüzlərlə məhbus azadlığa buraxılır. Bu il Novruz bayramı ərəfəsində də bu addım atıldı və yüzlərlə məhbus cəzasının çəkilməmiş hissəsindən azad edildi”.

İlinin sonunda növbəti belə bir sərəncamın veriləcəyi barədə gözləntisinin yüksək olmadığını deyən Ə. Nuriyevin sözlərinə görə, daha çox gələn il Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağına ümid edir:

“Hər halda bu səlahiyyət ölkə Prezidentinə məxsusdur, ona görə bizim konkret hansısa fikir bildirməyimiz doğru olmaz”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər