12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
İranın keçmiş prezidentlərinin dostu qətlə yetirildi - Foto
Tarix: 23-11-2019 18:38 | Bölmə: Cəmiyyət
İranın keçmiş prezidentlərinin dostu qətlə yetirildi

İran kəşfiyyatının keçmiş üzvü olduğu iddia edilən və rejimin müxalifi sayılan Məsud Mövləvi, İstanbulun mərkəzi Şişlidə tanışı ilə gecə küçədə gəzişərkən öldürülüb.

Reyting.az
“Independent Turkish”-ə istinadla xəbər verir ki, arxadan yaxınlaşan naməlum şəxs Mövləviyə 11 dəfə atəş açaraq hadisə yerindən qaçıb. Ağır yaralanmış Məsud Mövləvinin həyatını xilas etmək mümkün olmayıb.

İranın İsfahan şəhərində anadan olmuş Məsud Mövləvi “Telegram”-dakı “Qara qutu” ("Black Box") adlı kanal vasitəsilə İran səlahiyyətlilərinə dair ifşaedici sənədləri açıqlamaqla tanınıb. 2018-ci ilin mart ayında fəaliyyətə başlayan "Qara qutu"da rejim müxalifi bir sıra tanınmış simaların korrupsiyalaşmasına dair sənədləri paylaşıb.

İran kəşfiyyatının keçmiş üzvü olduğu iddia edilən bu şəxs, bəzi mənbələrə görə, kəşfiyyat təşkilatı ilə əməkdaşlığını Türkiyədə də davam etdirib. Mövləvinin ölümündən sonra bağlanan “Instagram” səhifəsində onun İranın keçmiş prezidentləri Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi və Mahmud Əhmədinejadla birlikdə şəkilləri var.

İranın keçmiş prezidentlərinin dostu qətlə yetirildi

Reyting.az




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}