Metroda yaranmış problem həll edildi - Yenilənib
Tarix: 24-11-2019 09:38 | Bölmə: Cəmiyyət
Metroda yaranmış problem həll edildi

Bakı metrosunda nasazılıq yaranıb. Problem təmas relsində qatarlar hərəkətə başlamazdan əvvəl qeydə alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

B. Məmmədov APA-ya deyib ki, nasazlıq sərnişinlər metropolitenə daxil olmamışdan, saat 05:40-da baş verib: "Hazırda təxirəsalınmaz işlər görülməkdədir. Qısa müddətdə mövcud problem həllini tapacaq. Hadisə araşdırılır, əlavə məlumat veriləcək".

Qeyd edək ki, metronun "Neftçilər” - “Qara Qarayev" stansiyalarının təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə “Bakı Metropoliteni”ndə “Qırmızı” və “Yaşıl” xətlər üzrə qatarların hərəkəti "Nəriman Nərimanov” – “İçərişəhər", "Nəriman Nərimanov” – “Dərnəgül" və əks istiqamətdə təşkil edilir.

Hazırda "Ulduz” – “Həzi Aslanov" istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür.

***

Bakı metrosun yaranmış texniki problem saat 10:15-də aradan qaldırılıb, sərnişinlərin təhlükəsizliyi təmin olunmaqla, Qırmızı və Yaşıl xətlərdə qatarların qrafik üzrə normal hərəkət bərpa olunub.

Baş vermiş hadisənin səbəbləri araşdırılır, nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

"Bakı Metropoliteni" QSC yaranmış narahatlığa görə sərnişinlərindən üzr istəyir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər