AMEA-da daha bir dəyişiklik - 3 şöbə birləşdirilib
Tarix: 20-02-2020 15:29 | Bölmə: Cəmiyyət
AMEA-da daha bir dəyişiklik - 3 şöbə birləşdirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatında Protokol, Katiblik və Elektron sənəd dövriyyəsi şöbələri "Sənədlərlə iş" şöbəsində birləşdirilib.

Reyting.az AMEA-ya istinadla xəbər verir ki, 3 şöbənin birləşdirilməsi ilə kadr potensialı da artırılıb: "AMEA-nın inkişafı ilə bağlı 2020-2025-ci illər üçün proqram müəyyənləşib. Bununla bağlı bir sıra tədbirlər keçirilir. Hazırda elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi işləri gedir. Sonrakı struktur dəyişiklikləri prioritetlərə uyğun olaraq həyata keçiriləcək".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}