16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ədliyyə Nazirliyi: "Əfv olunan 176 məhkum istirahət mərkəzlərinin birinə yerləşdirilib"
Tarix: 07-04-2020 18:52 | Bölmə: Cəmiyyət
Ədliyyə Nazirliyi: "Əfv olunan 176 məhkum istirahət mərkəzlərinin birinə yerləşdirilib"

"Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, pandemiyanın respublikamızın müxtəlif bölgələrində yayılmasının müşahidə olunması və əfv edilən şəxslərin yaşayış yerlərinin 40-dək rayonu əhatə etməsi nəzərə alınaraq, əfv olunan şəxslər doğmalarının yanına getməzdən əvvəl ailə üzvlərinin də sağlamlıq durumu araşdırılacaq". 

Ədliyyə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, azad olunan şəxslər iki həftəlik istirahət mərkəzlərinin birinə yerləşdirilib və hər cür şəraitlə, o cümlədən qida və tibbi təminatla təchiz olunublar.

Xatırladaq ki, öətn gün Prezident İlham Əliyev yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}