13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
COVID-19-a qarşı peyvəndin sınağına başlanılacaq
Tarix: 23-04-2020 19:35 | Bölmə: Cəmiyyət
COVID-19-a qarşı peyvəndin sınağına başlanılacaq

İtaliyada COVID-19 infeksiyasına qarşı peyvəndin insanlar üzərində kliniki sınağına bu ilin yay aylarında başlanılacaq.

"RİA Novosti" xəbər verir ki, bu barədə tibbi preperatın hazırlanması ilə əlaqədar əməkdaşlığa başlayan ReiThera (İtaliya), Leukocare (Almaniya) və Univercells (Belçika) biotexnoloji kompaniyalarından bildirilib.

Kliniki sınaqların uğurla həyata keçiriləcəyi təqdirdə kompaniyalar peyvəndin genişmiqyaslı istehsalına başlaya biləcəklər. Lakin tərəfdaşlar bildiriblər ki, təhlükəsiz və effektiv peyvəndin hazırlanması ilə yanaşı, qısa müddətə onun milyonlarla dozasını əldə etmək də vacibdir. Onlar bu iki məsələnin həll edilməsinə çalışacaqlarını bildiriblər.

İnsanlar üzərində ilk kliniki sınaqlara yay aylarında İtaliyada başlanılacaq. Sınaqların uğurla başa çatmasından sonra, peyvəndin paralel olaraq istehsalına və toplanılmasına da start veriləcək.

2021-ci ilin əvvəllərində yeni preparatın 6 milyon dozasının hazır olacağı gözlənilir/APA.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər